Cəbhə xəttində atəşkəs yenidən pozulub

Cəbhə xəttində atəşkəs yenidən pozulub
  08 Sentyabr 2013    Oxunub:998
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun Gədəbəy rayonunun ərazisindəki mövqelərini atəşə tutub.
Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti