Əvəz Zeynallının əfv olunması gözlənilir

Əvəz Zeynallının əfv olunması gözlənilir
  07 Sentyabr 2013    Oxunub:1604
“Əvəz Zeynallı jurnalistdir və onun məhkəməsi bitib. Ona görə də əfv olunanlar siyahısına düşə bilər”.
Bunu AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu keçmiş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının əfv siyahısına düşmək ehtimalından danışarkən deyib.

O vurğulayıb ki, Əvəz Zeynallı bunun üçün müraciət etməsə də bu siyahıya adı daxil edilə bilər: “Əfv olunanların hamısı özü müraciət etmir. O özü müraciət etməsə də bu siyahıya daxil edilə bilər. Bizim siyahıda onun adı var”.

Qeyd edək ki, Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynalova AzVision.az-a açıqlamasında bildirmişdi ki, əfv üçün müraciət etməyiblər.

Fatimə KƏRİMLİ
.


Teqlər:  





Xəbər lenti