Kəsiri olan tələbə oxuduğu universiteti dəyişə bilər

Kəsiri olan tələbə oxuduğu universiteti dəyişə bilər
  14 İyul 2017    Oxunub:2860
“Kəsiri olan tələbələr bir universitetdən digər universitetə və yaxud bir ixtisasdan digər ixtisasa köçürülə bilər”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfansında deyib. Onun sözlərinə görə, bu şərt həm ali, həm də kolleclərə aiddir. O, qeyd edib ki, kəsiri olan tələbələr akademik borclarını köçürüldükləri universitetlərdə ödəyə bilərlər.

“Köçürülmə zamanı tələbənin nə qədər akademik borcunun olması rol oynamır. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Kəsiri olan tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə bilər”.

Nazirlik rəsimi qeyd edib ki, ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilərlər: “Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər”.

Cəsarət Valehov əlavə edib ki, xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsi lazımdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Tələbə   Universitet  





Xəbər lenti