Əvəz Zeynallı əfv üçün müraciət etməyib - AÇIQLAMA

Əvəz Zeynallı əfv üçün müraciət etməyib - AÇIQLAMA
  06 Sentyabr 2013    Oxunub:1214
“Əvəz Zeynallı əfv olunması üçün ərizə yazmayıb”.
AzVision.az-a bu barədə Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynalova məlumat verib. “Əfv komissiyası toplanır və müzakirə edir ki, siyasi məsələlərə görə kimi siyahıya sala bilərlər. Artıq o məsələlər müzakirə olunub. Əgər elə bir niyyətləri olsaydı, yəqin Əvəz bəyə də deyərdilər. Heç kim bununla bağlı bizə heçnə deməyib. Biz də buna görə müraciət etməmişik”-deyə, M.Zeynalova əlavə edib.

Əvəz Zeynallının həyat yoldaşı bildirib ki, sentyabın 11-də Ali Məhkəmədə Əvəz Zeynallının şikayətinə baxılacaq.

Qeyd edək ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı martın 12-də Bakı Ağır Cinayətlər 9 il müddətinə azadlıqdan məhrum edilib.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti