"Ordumuz cəbhə boyu döyüş hazırlığındadır" - General Aydəmirov

"Ordumuz cəbhə boyu döyüş hazırlığındadır" - General Aydəmirov
  11 İyul 2017    Oxunub:6042
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu döyüş hazırlığındadır, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz hər hansı təxribata həmin anda dəqiq cavab verməyə hazırdır.
Bu fikri sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov cəbhədə baş verən son hadisələrə münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri iyulun 7-də Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısını, Alxanlı kəndində həlak olan körpə uşağın və onun nənəsinin qisasını aldı. Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vuruldu.

Sadəcə Ermənistan tərəfi cürət edərək itkilərini boynuna almır. Onlar yalan iftiralar yaymaqla məşğuldurlar. Ermənilər vəziyyəti gərginləşdirmək üçün ehtiyat hissələrini bir neçə istiqamətdə ön xəttə çəkiblər. Həmin bölmələrə də ordumuz tərəfindən güclü atəş zərbələri vuruldu. Düşmən altı nəfərdən az olmayaraq itki verib. Həmin artilleriya sistemləri ilə atəş zamanı düşmənin digər canlı qüvvə və texnikaları da tələfata uğrayıb. Misal üçün, artilleriya bölməsinin bir topunun mərmisinin qəlpələrinin məhvetmə radiusu 50 metrdir. Həmin mərmilərin qəlpələri 50 metr ətrafa səpələnir və orada heç bir canlı qüvvənin sağ qalması mümkün deyil. Onlarda tələfat həddindən artıq çoxdur. Bunu gizlətməyə çalışsalar da xeyri olmayacaq. Düşmən tərəfi ancaq fotomontajla, yalan videomateriallar yaymaqla məşğuldur. Çünki onlar itkilərini boyunlarına almaq istəmir və vəziyyəti gərginləşdirməkdə davam edirlər.(AzərTAc)

AzVision.az


Teqlər: General   Aydəmirov   Ordu   Cəbhə  





Xəbər lenti