İslam Partiyası Cəmil Həsənlini dəstəkləməyəcək

İslam Partiyası Cəmil Həsənlini dəstəkləməyəcək
  06 Sentyabr 2013    Oxunub:1155
Partiya Cəmil Həsənlini yox, İlyas İsmayılovu dəstəkləyəcək.
Bu gün İslam Partiyası gözlənilməz qərar qəbul edib. Partiya qarşıdakı seçkilərdə Ədalət Partiyasının sədri İlyas İsmayılovu dəstəkləyəcəyini açıqlayıb. Bu qərar partiyanın Baş Məclisinin bu gün keçirilən iclasında qəbul olunub.

Bu barədə Turan-a məclis üzvü Natik Kərimov bildirib. Onun sözlərinə görə, 24 nəfər bu qərarın lehinə olub, bir nəfər əleyhinə çıxıb, dörd nəfər bitərəf qalıb.

N.Kərimov qərarın əleyhinə səs verib. Milli Şurada partiyanı təmsil edən N.Kərimov prezident seçkilərində partiyanın keçmiş funksioneri Rövşən Əhmədli ilə birlikdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəklərini bildirib.


Teqlər:





Xəbər lenti