Dövlət qulluğu imtahanlarına dəyişiklik edilib

Dövlət qulluğu imtahanlarına dəyişiklik edilib
  10 İyul 2017    Oxunub:1763
“Son illər Azərbaycanda dövlət idarəçilik sisteminin inkişafı, onun səmərəliyinin artırılması istiqamətində bir sıra qərarlar qəbul edilib, dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılıb. Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericilikdə bir sıra dəyişiklər edilib”.
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov deyib. Onun sölərinə görə, dövlət orqanları dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işini düzgün təşkil etməli, qiymətləndirmənin nəticəsindən asılı olaraq dövlət qulluqçularının həvəsləndirilməsinə diqqət yetirməlidir.

Y. Hüseynov qeyd edib ki, ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün dövlət qulluğunun izah edilməsi, tətbiqi, maraqlar toqquşması və s. məsələlər üzrə təlim kurslarının təşkil edilməsi, ixtisasarıtma ilə bağlı proqramlar və təlim proseslərində yeni tələblərin və standartların tətbiqi məsələsinə də diqqəti artırmaq lazımdır.

“Hesab edirik ki, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı vahid yanaşmanın həyata keçirilməsi DİM tərəfindən mütəmadi olaraq metodiki vəsaitin hazırlanması dövlət orqanlarının müvafiq struktur bölmələrini, bütövlükdə isə dövlət orqanlarının işini bu sahədə təkmilləşdirə bilərdi. Dövlət qulluqçularının öz işinə münasibəti, onların etik davranış qaydalarına riayyət etmələri bir tərəfdən dövlət siyasətinin həyata keçirilməsini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına müsbət münasibətini formalaşdıran amillərdəndir”.

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Vüqar Əsgərov isə bildirib ki, dövlət qulluğuna test imtahanlarının növləri ilə bağlı dəyişikliklər edilib. Onun sözlərinə görə, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq.

V. Əsgərov qeyd edib ki, vakant vəzifənin tutulması barədə qərar vakant vəzifələrin yarandığı gündən bir ay müddətinə verilir: “Vakant vəzifə daxili müsahibə nəticəsində tutulmadıqda 30 gün müddətində ümumi müsahibə barədə qərar qəbul edilir. Vakant vəzifə ümumi müsahibə nəticəsində tutulmadıqda müsabiqə keçirilir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   Dövlət-qulluğu   İmtahan  





Xəbər lenti