TQDK ikinci dəfə müsabiqə elan etdi - YENİLİK

TQDK ikinci dəfə müsabiqə elan etdi - YENİLİK
  06 Sentyabr 2013    Oxunub:1113
Bu il 11 illik bazada orta ixtisas məktəblərinə qəbulda boş qalan yerlərə müsabiqə elan olunub.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK-nın şöbə müdiri Natiq Əliyev məlumat verib.

O bildirib ki, bu il ilk dəfə olaraq orta ixtisas məktəblərində boş qalan yerlər üçün jurnal çap olunub:

“11 illik təhsil bazasında orta ixtisas məktəblərində təxminən 1000-ə yaxın boş yer qalıb. Birinci mərhələdə qəbul ola bilməyən abituriyentlər yenidən ərizə doldurub boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərlər. Yaxın günlərdə jurnal çap olunacaq”.

Natiq Əliyev ali məktəblərdəki vakant yerlər barədə də məlumat verib. O deyib ki, vakant yerlər daha çox özəl ali məktəblərdə və regionlardadır:

“Müsabiqə şərtlərini ödəməyən namizədlər qəbul olmayıb və buna görə də boş plan yerləri qalıb. Bunlar həm də daha çox ödənişli ixtisaslardır”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti