Cəmil Həsənlinin imzaları MSK-ya təqdim ediləcək

Cəmil Həsənlinin imzaları MSK-ya təqdim ediləcək
  06 Sentyabr 2013    Oxunub:1039
`Cəmil Həsənli imza vərəqələrini imzaladıqdan sonra onları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik. 44 min imza hazırda seçki qərargahındadır, Cəmil bəy də vərəqələri imzalayır`.

Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

Onun sözlərinə görə, bir neçə yarımçıq imza vərəqələri var :`İmza vərəqlərinin konkret nə vaxt MSK-ya təqdim edə biləcəyini deyə bilmərəm. Vərəqələr sabah, ən gec sentyabrın 8-də MSK-ya təqdim edilə bilər.

Nihadə


Teqlər:  





Xəbər lenti