Nazirlik “Təhsil və Karyera” sərgisi keçirəcək

Nazirlik “Təhsil və Karyera” sərgisi keçirəcək
  06 Sentyabr 2013    Oxunub:1102
Azərbaycanda 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək
Bu barədə AzVision.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabr ayının 4-dən 6-a qədər Bakı şəhərində “Education & Career 2013” 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək. Təhsil sahəsində keçirilən bu yeganə tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunur.

Bu il 100-dən artıq iştirakçını bir araya gətirəcək Beynəlxalq “Təhsil və Karyera” sərgisi “JW Marriott Absheron Baku Hotel” mehmanxanasında keçiriləcəkdir. İştirakçıların əksəriyyətini xaricdə bakalavr və MBA proqramları, dil kursları, biznes-proqramlar və xaricdə təlim sistemləri təqdim edən müxtəlif təhsil müəssisələri təşkil edir. Artıq Almaniya, İspaniya və Rusiyanın nüfuzlu universitetləri sərgidə iştiraklarını təsdiqləyiblər. Azərbaycan təhsili isə paytaxt və regionlarda fəaliyyət göstərən dövlət və özəl ali məktəblər tərəfindən təqdim olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti