Vahid Ələkbərov oğlunun gələcəyindən danışdı

Vahid Ələkbərov oğlunun gələcəyindən danışdı
  06 Sentyabr 2013    Oxunub:12014
“O, “Lukoil”un top-meneceri olmaq üçün uzun yol keçməlidir...”
“LukOil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov şirkətinin planları və yeganə oğlunun gələcəyi ilə bağlı açıqlamalar verib. Virtualaz.org “Vedemosti” həftəliyinə istinadən xəbər verir ki, V.Ələkbərov “LukOil”un satılmadığını bir daha vurğulayıb. Qeyd edək ki, bu günlərdə Rusiyanın dövlət neft-qaz nəhəngi “Rosneft”in bazardan özəl oyunçuları sıxışdırıb çıxarmaq üçün hərəkətə keçdiyi. O cümlədən “LukOil”u almağa hazırlaşdığı haqda xəbərlər yayılmışdı.

“LukOil” şirkəti satılmır. Mən bunu daim təkrar edirəm. Kim “LukOil”un səhm paketini almaq istəyirsə o həmişə birjaya müraciət edə bilər” Ələkbərov bildirib. O əlavə edib ki, şirkətin səhm paketinin əsas hissəsi birjadadır, ona görə də kim şirkəti almaq istəsə buyurub birjaya gedə bilər.

“LukOil” prezidenti öz oğlu Yusif barədə də danışıb. Onun sözlərinə görə, Yusif institutu bitirdikdən sonra “LukOil”un Qərbi Sibirdəki yataqlarında operator kimi işə başlayıb. “İndi o texnoloqdur, o özü bu yolu keçməlidir. Hesab edirəm ki, Qərbi Sibirdə iki-üç il iş təcrübəsi insan üçün nadir imkandır. O, hiss etməyə başlayacaq ki, həyat nəyə başa gəlir, insanlar necə yaşayır” Ələkbərov əlavə edib. O, oğlunun nə vaxt “LukOil”un top-meneceri olacağına dair suala belə cavab verib: “Tezliklə yox. Bu, çox uzun yoldur, əgər onun talantı varsa olacaq. Çünki talant olmadan da mühəndis olmaq mümkündür, ancaq rəhbər olmaq mümkün deyil. Ümumiyyətlə bizdə insan orta ölçülü müəssisənin rəhbəri olmaq üçün 10-15 il keçməlidir. Fikrimcə o şirkətin sistemində nəzərdə tutulan kursu keçməli olacaq. O özü bu yolu keçdi və neftçi oldu, özü neft institutuna girdi. Deməli o hiss etməlidir ki, Qərbi Sibir nədir, neft nədir, mütəxəssis olmaq nədir, sonra irəli getməlidir”.


Teqlər:





Xəbər lenti