Prezidentliyə namizədlərdən nə xəbər var?

Prezidentliyə namizədlərdən nə xəbər var?
  06 Sentyabr 2013    Oxunub:981
Prezidentliyə iddiaçıların imza vərəqələrinin Mərkəzi Seçki Komissiyasına təqdimatı sentyabrın 9-da yekunlaşır. İndiyə qədər dövlət başçısı İlham Əliyev və deputat İqbal Ağazadənin namizədliyi qeydə alınıb.
Ədalət Partiyasının namizədi İlyas İsmayılovun seçki qərargahının sədri Mais Güləliyev deyib ki, 44 mindən artıq imza toplaya biliblər və vərəqələr üzərində son işlər gedir: “Ədalət Partiyası oturuşmuş partiyadır. Partiyanın 90 seçki dairəsində nümayəndələri, demək olar, bütün rayonlarda şöbələri var. Ona görə imza toplama zamanı ciddi bir çətinlik yaşamadıq. Demək olar, bütün dairələrdən imza toplanıb”.

Müstəqil namizəd İlqar Altay tələb olunan 40 min imzanın üçdə iki hissəsini topladıqlarını bildirib: “Proses davam edir. Planlarımız pozulmasa, yaxın günlərdə imza vərəqələrini MSK-ya təhvil vermək istəyirik”. (“Media forum”)


Teqlər:





Xəbər lenti