Məktəb direktorunun meyiti su arxından tapılıb

Məktəb direktorunun meyiti su arxından tapılıb
  06 Sentyabr 2013    Oxunub:1033
Zərdabda bir gün əvvəl itkin düşən məktəb direktorunun meyiti tapılıb.
Zərdab Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 1950-ci il təvəllüdlü Nuriyev Adil Dadaş oğlunun dünən axşam saat 19:00 radələrindən itkin düşməsi ilə bağlı bu gün şöbəyə müraciət daxil olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün saat 16:00 radələrində A. Nuriyevin meyiti rayon ərazisindən keçən su arxından tapılıb.

Qeyd edək ki, A. Nuriyev Zərdab rayon Bəyimli qəsəbəsi tam orta məktəbinin direktoru vəzifəsində çalışırmış.

Hadisənin necə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.



Teqlər:





Xəbər lenti