Milli Şura iqtidara dialoq təklifi etdi

Milli Şura iqtidara dialoq təklifi etdi
  05 Sentyabr 2013    Oxunub:1305
“Demokratik Qüvvələrin Milli Şurası, eləcə də müxalifət iqtidarla hər zaman dialoqa hazırdır”.
Bunu Modern.az-a Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

M.Əliyevin fikrincə, seçkiqabağı siyasi proseslərin sürətlə inkişaf etdiyi bir vaxtda dialoq real görünməsə də, vacibdir. Milli Şura üzvü hesab edir ki, müxalifət iqtidar təmsilçiləri ilə dialoqa getməyə hazırdır:

“Sentyabr ayında dialoqun olacağını gözləmirəm. Dialoq həmişə olmalıdır. Müxalifət də, iqtidar da iddialıdırlar ki, onlar xalq üçün xidmət edirlər. Hesab edirəm ki, dialoq mütləq lazımdır. Müxalifət vətəndaş cəmiyyətinin bir hissəsidir. İqtidar mütəmadi olaraq dialoq keçirməli, müxalifəti dinləməlidir. Amma təəssüflər olsun ki, iqtidar bu addımı atmır. Müxalifət, vətəndaş cəmiyyəti heç vaxt dialoqdan qaçmayıb. Əksinə biz hər zaman dialoqa hazır olduğumuzu bəyan etmişik”-deyə M.Əliyev bildirib.


Teqlər:





Xəbər lenti