Əsgərimizin meyiti tapıldı

Əsgərimizin meyiti tapıldı
  05 Sentyabr 2013    Oxunub:1002
Azərbaycan əsgəri dünyasını dəyişib. Hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İ. Savəddinov Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

DSX-nin mətbuat mərkəzindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.(apa)


Teqlər:





Xəbər lenti