Prezident Lənkəranda- FOTOLAR

Prezident Lənkəranda- FOTOLAR
  06 Sentyabr 2013    Oxunub:3645
Azərbaycan Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib.

Dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır.

Səfər çərçivəsində İlham Əliyev şəhərə içməli suyun verilməsi mərasimində iştirak edib.

Prezident eyni zamanda Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak edib.
Avtomobil yolunun sxematik planı ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, uzun illər təmir edilməyən bu yol yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə tamamilə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2012-ci il 8 iyun tarixli Sərəncamına əsasən dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılıb. 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 26,8 kilometrlik hissəsi yenidən qurulub. Yolun 22,7 kilometrinə 154,8 min kvadratmetr asfalt örtüyü döşənmiş, 4,1 kilometrində isə torpaq bərkidilmiş və üstünə çınqıl qatı salınıb.
Bildirildi ki, tikintisi "Lənkəranyol tikinti" ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılıb, 2013-cü ilin avqustunda başa çatdırılıb. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunmuş, iki suötürücü boru quraşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirib.

İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra dövlət başçısı Lənkəran Şəhər Mə

Prezidenti Masallıda Mədəniyyət Mərkəzinin də əsaslı təmirdən sonra açılışında iştirak edib.

Qalereya




Teqlər:  





Xəbər lenti