Azərbaycan “Davos Yay Forumu”na qatılacaq

Azərbaycan  “Davos Yay Forumu”na qatılacaq
  05 Sentyabr 2013    Oxunub:1015
Azərbaycan nümayəndə heyəti sentyabrın 11-dən 13-dək Çinin Dalyan şəhərində keçiriləcək “Davos Yay Forumu”nda iştirak edəcək.
Forum çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bır sıra dövlətlərin nazirləri və aparıcı beynəlxalq təsisatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, sentyabrın 12-də Ə. Abbasov “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf” mövzusunda keçiriləcək görüşdə də iştirak edəcək.

Nazir Ə.Abbasov Forum çərçivəsində keçiriləcək “Rəqəmsal iqtisadiyyatın qorunması” mövzusundakı sessiyada əsas məruzəçi olmaqla yanaşı, “XXII əsrdə İpək Yolunun kəşfi” mövzusunda müzakirələrdə xüsusi qonaq qismində çıxış edəcək və iştirakçılara “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi barədə məlumat verəcək.

Tədbirdə hökumət, media, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir. Müzakirələrdə əldə olunan nəticələri, strategiyaları və həlləri bölüşmək, o cümlədən qlobal məsələləri və riskləri müzakirə etmək üçün 90 ölkədən 1500-dən çox nümayəndə bir araya gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti