Ermənilərin yaraladığı azərbaycanlıdan yeni xəbər - AÇIQLAMA

Ermənilərin yaraladığı azərbaycanlıdan yeni xəbər - AÇIQLAMA
  05 Sentyabr 2013    Oxunub:991
Erməni gülləsinə tuş gələn Tovuz sakininin vəziyyəti normaldır.
AzVision.az-a bu barədə Tovuz Rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov məlumat verib. O, hazırda xəstənin səhhətinin normal olduğunu bildirib.

“Vəziyyəti yaxşıdır. Xəstəxanaya gətiriləndə çox qan itirmişdi, qan köçürüldü, lazımi tədbirlər görüldü. Əməliyyatda yaxşı keçdi və indi səhhəti normaldır”.

Evə nə vaxt buraxılacaq sualına cavab verən baş həkim bildirib ki, xəstənin qanaxması olur və buna görə də barədə nəsə demək düzgün deyil.

Qeyd edək ki, dünən Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Əlibəyli kəndində kənd sakini 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlu kənd küçəsi ilə hərəkət edərkən Ermənistan silahlı qüvvələrinin snayperləri tərəfindən vurulub.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti