Rauf Arifoğlu:` El Hərəkatı Azərbaycan siyasətinin faciəsidir`

Rauf Arifoğlu:` El Hərəkatı Azərbaycan siyasətinin faciəsidir`
  05 Sentyabr 2013    Oxunub:944
`Eldəniz Quliyevi və El hərəkatını Azərbaycan siyasətinin, müxalifətinin faciəsi hesab edirəm`.
AzVision.az xəbər verir ki, bunu Apa TV-yə açıqlaması zamanı Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Baş redaktor bildirib ki, hərəkat gündəmə gəldiyi gündən Azərbaycan müxalifəti iflic vəziyyətdədir.

`El hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvüləri öz aralarında didişirlər, çəkişirlər. Liderləri ilə artıq qopmuş vəziyyətdədirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic tənəzzül prosesi başlayıb. Bu gün Milli Şuranın da, müxalifətin birliyinin də ayağından çəkən El hərəkatı , Eldəniz Quliyev və onların bəyanatlarıdır`-deyə R.Arifoğlu qeyd edib.

Qeyd edək ki, "EL" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev APA TV-yə açıqlamasında Yeni Müsavat qəzetini El hərəkatı və Milli Şura haqqında qərəzli yazılar yazmaqda günahlandırıb. O qəzetin son günlər həddini keçdiyini və müxalifət düşüncəsindən daha artıq, iqtidar qəzetlərinin stili ilə məqalələr yazdığını deyib.




Teqlər:  





Xəbər lenti