Stalin Xəzər dənizini qurutmaq istəyirmiş - TARİXİ SENSASİYA

Stalin Xəzər dənizini qurutmaq istəyirmiş - TARİXİ SENSASİYA
  23 İyun 2017    Oxunub:34733
1952-ci ildə Stalin Xəzər dənizində neft hasilatını intensivləşdirmək istəyib. Bunun üçün o, Xəzəri qurutmağı düşünüb. Plana əsasən Volqa çayının suyu Şimali Qazaxıstana istiqamətlədirilməli, Terek çayı Kalmıkıya çöllərinə istiqamətləndirilir, Kür çayının qarşısına isə bənd çəkilir. Xəzər dənizini o vaxt Stalinə bütün bunlar edildiyi təqdirdə belə dənizin dibindən atmosfer çöküntülərini çıxarmaq üçün nasosların yetmiyəcəyini izah edən hidroloqlar xilas etdi.
Bu layihə haqqında 1990-cı ildə SSRi-nin o vaxtı neft sənayesi naziri Nikolay Baybakov danışmışdı, 2016-cı ildə isə KQB rəhbəri İvan Serovun nəşr olunan memuarlarında (“İvan Serov, Çamadandan qeydlər”, “Prosveseniya” nəşriyyatı 2016-cı il) Stalinin bu planı haqqında ətraflı məlumat var.

Lakin əvvəlcə gəlin tarixə nəzərə salaq. Xəzərin qurudulması üzrə layihələr neft hasilatı başlayandan bəri, yəni 19-cu əsrin sonlarından meydana çıxdı. Beləcə, Bakıda Bibi-Heybət körfəzi qurudulmuşdu. 1906-cı ildə isə dənizin qurudulması üzrə konkurs elan edilir. 1909-1912-ci illərdə daş qoruyucu damba tikilmiş və hasarlanmış sahənin torpaqlanması işlərinə başlanılmışdı. Lakin vətəndaş müharibəsi bu işləri yarıda qoysa da, proses Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra davam etdirilmiş və 1927-ci ildə yekunlaşmışdı. Qurudulmuş ərazinin ümumi sahəsi 300 hektar olub.

1949-cu ildə SSRİ-də ilk dəfə sahildən 40 kilometr aralıda açıq dənizdə ilk neft quyusu qazılıb. Məhz beləcə Neft daşları adlanan və polad dirəklər üzərində dayanan şəhərin yaradılması başladı. Lakin sahildən kilometrlərlə uzaqda yerləşən estakadaların qurulması çox bahalı idi. Bundan əlavə, onların tikilməsi üçün dayaz su lazım idi. Xəzər dənizi həmin vaxt (Qərbi Sibirdə yataqlar hələ aşkarlanmamışdı) SSRİ-də neft çıxarılan ən əsas ərazi idi. Həmin vaxt ortaya neft hasilatını necə intensivləşdirmək məsələsi çıxdı. Bax beləcə 1952-ci ildə Xəzər dənizinin qurudulması planı meydana çıxdı. İvan Serov yazırdı:

“Volqo-Don kanalı layihəsindən sonra mənə S.Y. Jukun rəhbərlik etdiyi Hidrolayihə haqqında öyrənmək(Serov 1952-ci ildə Serov DİN-in birinci müavini və eyni zamanda Volqa – Don kanalının tikintisinə nəzarət edirdi) tapşırıldı. Bir axşam Juk mənim yanıma gəlib, dedi: “Xəzər dənizinin xəritəsi ilə birgə yoldaş Stalinin yanına çağırırlar”. Mən dedim: “yaxşı xəritə hazırlayın və gedin, daha sonra hansı göstərişlərin olması barədə məruzə edin”.

Juk gecə saat ikidə geri qayıdır və məruzə edir: “Yoldaş Stalin dedi ki, Xəzər dənizinin necə və hansı müddətə qurudulması haqqında təkliflər və hesablamalar hazırlamaq lazımdır”. Mən ona heyrət və təəccüblə baxdım, o isə mənə ciddi görünüşlə baxırdı. Daha sonra mən özümə gəlib, dedim: Hə, bəs siz nə dediniz?. O isə cavab verdi: “Mən dedim, bu mümkündür, lakin mən hesablayaram”. Doğrusu, yoldaş Mikoyan çıxış etdi və yoldaş Stalinə dedi ki, biz valyuta müqabilində bütün dünyaya ixrac etdiyimiz qara kürüdən məhrum olacağıq. Onda Stalin sərt şəkildə Mikoyana ticarətçi kimi düşündüyünü, onlara isə neft lazım olduğunu bildiridi.
Görüşdə deyilmişdi: Volqa çayının suyu Şimali Qazaxıstana istiqamətlədirilməli, Terek çayı Kalmıkıya çöllərinə istiqamətləndirilir, Kür çayının qarşısına isə bənd çəkilir, Xəzərə tökülən çayalara nə edilməli barədə düşünülməlidir. İki həftə vaxt verilmişdi.

Bundan sonra mənim “gedin düşünün” deməkdən başqa yolum qalmamışdı, lakin beynimdə bu ideya heç cürə özünə yer etmirdi. Yaşayarıq görərik.

Bu günlərdə Juk gəldi və məruzə etdi ki, gündüz Stalinin yanında olub və Xəzər dənizi üzrə fikrilərni bölüşüb. Ondan nə qərar verdiyini soruşdum. Juk dedi ki,o, hesablamalarını təqdim edib. Xəzər dənizini qurutmaq və neftin olduğu Abşeron bərzəxinə və neft daşlarına çıxmaq üçün Volqa çayının sularını Qazaxıstan çölləri arasında bölüşdürmək lazımdır. Bunun üçün kanallar, onların tikintisinə 10 milyard rubl, 4-5 il gərəkdir. Eyni zamanda bütün bunlar Ural çayı ilə də baş verməli, ancaq onun sularına heç nə etmək mümkün deyil. Terek çayı ərazilərin suvarılması üçün istifadə oluna bilər. Kür çayının qarşısına bənd çəkmək olar, lakin bəndin tikintisi çox bahalı proses olacaq, illər sonra böyük bir göl yaranacaq ki, bu da əkinə yararlı böyük bir ərazini tutacaq.

Lakin biz çayların istiqamətini dəyişsək belə Xəzər dənizi onsuzda yaxıntılar nəticəsində dolmağa başlayacaq. Suyun buxarlanması isə ildə yalnız 4 sm olacaq. Hələ dənizdən suyun nasoslar vasitəsilə çəkilməsini də təşkil etmək lazımdır. Bu şərtlərdə Xəzəri qurutmaq üçün 16-17 il lazım olacaq.

Stalin ona qulaq asıb və deyib: “Çox güman ki, lazım deyil". Hamı onu “qurutmaq” dediyi vaxta kimi dəstəklədi. Mən özlüyümdə fikirləşdim: “Şükürlər olsun ki, siz qurutmaq barədə qərar vermədiniz”.

İki il sonra isə 1954-cü ildə əksinə, Malenkov – Xruşov planı meydana gəldi. Bu plana əsasən Şimal regionlarından olan çaylardan Xəzərə ildə 60-65 kubmetr(müqayisə üçün Dnepr çayında il ərzində bu göstərici 60 kubmetrdir) su əlavə olaraq axıdılmalı idi ki, bunun da yarısı Şimali Qazaxıstan çöllərinə çatmalı idi. Lakin bu planı da reallaşdırmaq mümkün olmadı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Stalin   Xəzər-dənizi  





Xəbər lenti