2050-ci ildə sayımız 11 milyondan çox olacaq
Qeyd edilib ki, 2030-cu ildə əhalinin orta yaş göstəricisinin artması hesabına dünya əhalisinin sayı 1 milyard artacaq. 2050-ci ildə isə dünya əhalisinin sayı 9,8 milayrd, 2100-cü ildə isə 11,2 milyard nəfər olacaq.
Əhalisinin sayı ən çox olan ölkələr sırasında Çin (1,4 milyard nəfər) və Hindistan (1,3 milyard nəfər) liderdir. Dünya əhalisinin ümumi sayının 18-19 faizi bu iki ölkənin payına düşür. Təxminən 2024-cü ilə qədər Hindistanın əhali sayında Çini üstələyəcəyi gözlənilir.
Dünyanın ən çox əhaliyə malik 10 ölkəsi arasında əhalinin sayı ən sürətlə Nigeriyada artır. 2050-ci ilə qədər bu ölkə əhalisinin sayına görə dünyada 3-cü pilləyə qədər yüksələcək və ABŞ-ı geridə qoyacaq.
Yaxın 33 il ərzində dünya əhalisinin artımının yarısı cəmi 9 ölkənin - Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyanın payına düşəcək.
Azərbaycan əhalisinin sayı isə 2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq.
Aytən Zəhra
AzVision.az
Teqlər: BMT Əhali Azərbaycan Proqnoz