Baytarlıq Xidməti: “Çətinlikdən çıxmağa çalışırıq”

Baytarlıq Xidməti: “Çətinlikdən çıxmağa çalışırıq”
  04 Sentyabr 2013    Oxunub:1082
“Dönərxanalarda monitorinqlər hər zaman aparılır”.
AzVision.az-a açıqlamasında bu sözləri Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, dönərxanalarda at, eşşək əti ilə yanaşı, həm də leş olmuş heyvan ətlərinə qarşı mübarizə aparırılar: “Nəinki, at, eşşək əti, həm də leş heyvan ətlərinə qarşı həmişə olduğu kimi bu gün də öz nəzarət tədbirlərimizi davam etdiririk.

Y.Xanvəli son günlər iribuynuzu heyvanlar arasında yayılmış virusa qarşı mübarizə tədbirlərindən danışıb. “Bu günlərdə iribuynuzlu heyvanlar arasında yayılan virusla əlaqədar tədbilərimiz daha geniş vüsət alıb. Yəni bu xəstəliyə qarşı mübarizə aparılır. Bu günə qədər 220 min baş heyvanda müalicə işləri yerinə yetirilib. 3 min baş heyvanda isə müalicə işləri davam etdirilir. Yəni tam demək olar ki, xəstəlik Baytarlıq Xidmətinin nəzarəti altındadır. Bizim kollektivimiz az olsa da, bütün imkanlarımızı səfərbər edib bu çətinlikdən çıxmağa çalışırıq”.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti