Namazov küskün deyilmiş

Namazov küskün deyilmiş
  04 Sentyabr 2013    Oxunub:1107
Milli Şuranın Seçki Qərargahının həmsdəri Arif Hacılı EL Hərəkatının rəhbəri Eldar Namazovun Milli Şuradan küsməsi məsələsinə aydınlıq gətirərkən bildirib ki, sebtyabrın 4-də Müsavat başqanı İsa Qəmbərin, Milli Şuranın namizədi Cəmil Həsənli və onun iştirakı ilə görüş keçirilib.

Arif Hacılı görüşlə bağlı danışıb : “Ətraflı müzakirə apardıq. Deməzdim ki, hər hansı bir inciklik yoxdur. Hesab edirəm ki, EL Hərəkatı bundan sonra da seçki prosesinin əsas təşkilatçıalrıdan biri kimi fəaliyyətini davam etdirəcək. Açığı buna şübhə etməyə də heç ehtiyac yox idi”.

Qeyd edək ki, mətbuatda Eldar Namazovun prokurorluqda dindirildiyi vaxt Milli Şura rəhbərliyinin onu yetərincə müdafiə etmədiyi və buna görə də onun qurumdan incidiyi yazılmışdı. (müsavat)


Teqlər:





Xəbər lenti