Planetə öz evimiz kimi baxaq! - Video

Planetə öz evimiz kimi baxaq! - Video
  17 İyun 2017    Oxunub:1313
“Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclər iqlim dəyişikliyinə qarşı” maarifləndirmə kampaniyası adlı layhənin icrasına başlayıb.
Layihə çərçivəsində iqlim dəyişikliyi probleminin aktuallığını üzə çxaran və bu problemin həlli üçün insanların, o cümlədən gənclərin səfərbər olunmasının zəruriliyini diqqətə çatdıran sosial çarxın çəkilib. Sosial çarxda Prezident Yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, Respublika Uşaq, Gənclər İnkişaf Mərkəzının direktoru, EkoSfera İctimai Birliyinin sərdi. Firuza Sultanzadə, Tusi Bohm Planitariumun rəhbəri, AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famil Mustafa, aparıcı və bloqer Natella Kərimova və millət vəkili Qənirə Paşayeva gənclərə cagırış ünvanlayıb. Park Cinema kinotetarında baş tutan təqdimat mərasimində qonaqlara videoçarx təqdim olundu və gənclərə istiqamətlənən çıxışlar səsləndi.

Prezident Yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, hökümət tərəfdən bu sahədə görülən çoxsayl işləri xatırlatdı, ancaq QHT sektorunun bu məsləyə diqqət çəkməsinin də əhəmiyyətindən danışdı.

EkoSfera İctimai Birliyinin sərdi Firuza Sultanzadə 1500 dən çox uşaq və yeniyetməni öz ətrafında birləşdirən təşkilatınən daim bu səpgili işlərə dəstək verdiyini bildirdi. İştirakçlardan Natella Kərimova da uşaqlara təbiəti sevməyin yaşının olmadıgını hər an ona qaygı ilə yanaşmagən vacibliyini vurguladı.

Tanınmış jurnalistlər Zöhrə Əliyeva, Namiq Mailov, Elnur Niftəliyev də ürək sözləri ilə bölüşdülər. Tədbir iştirakçıları növbəti social çarxda iştirakçı ola biləcəklərini də dilə gətirdilər. Həmçinin belə aktiual məsələləri diqqət mərkəzində saxlamaq üçün dəstəkçi olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına da təşəkkür edildi.



AzVision.az


Teqlər:





Xəbər lenti