Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı
  17 İyun 2017    Oxunub:3885
Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

“Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti