AXCP və Müsavat Rəsul Quliyevin cavabını verdi

AXCP və Müsavat Rəsul Quliyevin cavabını verdi
  04 Sentyabr 2013    Oxunub:1060
Milli Şurada təmsil olunan AXCP və Müsavat partiyaları Açıq Cəmiyyət Partiyasının ldieri Rəsul Quliyevin onlara qarşı irəli sürdüyü ittihamlara cavab verib. Eks-spikerin Cəmil Həsənlinin imzatoplama kampaniyasını AXCP və Müsavatın öz üzərinə götürməsini qınaması qarşı tərəfin narazılığına səbəb olub.

Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri, AXCP Ali Məclisinin sədri Həsən Kərimov Modern.az-a açıqlamasında Rəsul Quliyevin iradlarının yersiz olduğunu deyib:

“Bunlar əsassız fikirlərdir. Cəmil Həsənlinin imza vərəqləri Müsavat Partiyasının qərargahında olub. Kim istəsə gəlib götürə bilərdi. Vətəndaş Həmrəyliyi Partiyasını dəvət etməmişdik ki, özləni gəlib imza vərəqlərini götürərək dəstək oldular. Rəsul Quliyevin partiyası da istəsəydi prosesə qoşula bilərdi. Bu onların problemləridir. İndiki dönəm də bu kimi ittihamlar yersiz və mənasızdır”-deyə cəbhəçi Rəsul Quliyevə cavab verib.

Müsavat partiyası isə ACP liderinin yersiz iradlarına fikir bildirmək niyyətində olmadığını açıqlayıb. Partiyanın başqan müavini Gülağa Aslanlı Rəsul Quliyevə baş qoşmaq istəmədiklərini deyib.

Qeyd edək ki, Rəsul Quliyev Modern.az-a açıqlamasında aparıcı müxalifət partiyalarını AXCP və Müsavatı Milli Şuranı parçalamaqda ittiham edib.

“İmzatoplama mərasimində təşəbbüsü 2 partiya Musavat və Xalq Cəbhəsi əllərinə alıb, o biri partiyaların - KXC, ACP, ALP və o cümlədən “EL” hərəkatını bu işə cəlb etməyiblər. Faktiki olaraq Milli Şura adı altında, İctimai Palatanın zəifləmiş formatı fəaliyyət göstərir. Bir sözlə, seçkiqabağı belə acınacaqlı vəziyyətin yaranmasının səbəbləri məlumdur, seçkilərdən sonra münasibət bildiriləcək.


Teqlər:  





Xəbər lenti