Nazir müavininin maşınına hücumla bağlı RƏSMİ AÇIQLAMA

Nazir müavininin maşınına hücumla bağlı RƏSMİ AÇIQLAMA
  04 Sentyabr 2013    Oxunub:1088
Müdafiə Nazirliyi Mətbuat Xidməti rəisi mətbuatda dərc olunan məlumatla bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dünən "Zabitlər evi"nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil: `Hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz. Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul TQDK tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər. Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər. Biz bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyyə edirik`.

Nazirlik qeyd edib ki, bəzi informasiya saytlarında bu hadisə ilə bağlı şişirdilmiş və qeyri obyektiv məlumatlardan da təəssüflənirik.


Teqlər:  





Xəbər lenti