Nazirliyin pasportla bağlı müraciəti

Nazirliyin pasportla bağlı müraciəti
  04 Sentyabr 2013    Oxunub:1296
Təhsil Nazirliyi ümumvətəndaşlıq pasportu almaq istəyən yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarına müraciət edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” dövlət başçısının fərmanına əsasən, 2 sentyabr tarixindən etibarən Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırıb.

Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış hər bir vətəndaş bilavasitə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.


Teqlər:  





Xəbər lenti