İbrahimbəyov cavabsız qalıb

İbrahimbəyov cavabsız qalıb
  04 Sentyabr 2013    Oxunub:1119
Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov apellyasiya şikayətinin təmin olunmamasından sonra kassasiya şikayəti verib.

Şikayət artıq hazırdır. Bu barədə AzVision.az-a Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev danışıb.

`Biz şikayəti hazırlayıb, təqdim etmişik. Amma hələ ki, bir xəbər yoxdur. Həm də qeyd etmişəm ki, mənim də məhkəmədə iştirakımı təmin etsinlər. Görək də nə cavab verirlər `.

Qeyd edək ki,Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.

Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir.


Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti