Rəsul Quliyevdən Yeni Müsavata sərt mesaj

Rəsul Quliyevdən Yeni Müsavata sərt mesaj
  04 Sentyabr 2013    Oxunub:995
Milli Şuranın üzvü, eks-spiker Rəsul Quliyev Musavat qəzetinin `Rəsul Quliyevin və Fərhad Əliyevin “sirli kod”u açıldı `adlı məqaləsi haqqında facebook profilində fikirlərini bildirib:

`Doğrusu bu əcaib yazını oxuyub söz tapmaq çox çətindir. Mən ilk yazımda həmin yazının fantastik dedektivə oxşar yalan informasiya olduğunu yazmışdım. Heç bir fakta söykənmədiyinə görə Ü.Hacıbəyovun qanadlı frazasından qidalanır. Bu gün oxudum ki, bu münasibət təkzib deyilmiş, təsdiqləməyimiş. Allah,Allah... Bu yazını həmin xəbər xidmətindən kimsə konkret yazıb. Çox yaxşı olardı o telefonunu göndərsin, başqa dostlarınıda ətrafına yığsın mən zəng edim və izah etsin həmin `faktların` mənbəyi haradandır. O yazıb ,o da faktların mənbəyini göstərməlidir başqa yolu yoxdur. Mən bu dəfə daha aydın və konkret cavab verirəm. Avqust,İyul,İyun və ümumiyyətlə 2013-cü ildə heç bir ölkənin , o cümlədən Rusiya Federasiyasının səfiri ilə heç bir görüşüm olmayıb. Bu informasiya ağ yalandır. Ü.Hacıbəyovun qanadlı frazasından qidalanır.

Nəzərinizə çatdırmaq istəyirəm ki 1996-cı ildən bu günə qədər Vaşinqtonda 250-dən çox rəsmi adamlarla görüşlər keçirmişəm. Tək 2012,2013-cü illərdə 50-yə yaxın görüşlərim olub.Bu günə qədər ABŞ dövləti tərəfindən mənə qarşı heç bir təzyiq olmayıb, əksinə fikirlərim ideyalarım dəstəklənib.

Adətən jurnalistlər müəyyən faktlar olanda həmin adamdan fikrini öyrənmək üçün cəhd edirlər və bu belə də olmalıdır. Bir daha sizə müraciət edirəm. Əgər faktlarınız həqiqətən varsa narahat olmayın zəng edin və ya mən zəng edim açıq söhbət edək.

Qeyd edək ki, Yeni Müsavatda dərc olunan Rəsul Quliyevin və Fərhad Əliyevin “sirli kod”u açıldı adlı məqalə R.Quliyevin böyük narahatlığına səbəb olub.


Teqlər:





Xəbər lenti