Ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
  10 İyun 2017    Oxunub:1846
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 3 saat davam edən imtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət sual kitаbçаsı təqdim оlunub: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.

Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.

İmtahanın nəticələri imtahandan bir neçə saat sonra – saat 15:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 640 nəfərdən 111 nəfəri imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 248 namizəd müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılıb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   İmtahan  





Xəbər lenti