Prezident qızının evində axtarış aparıldı

Prezident qızının evində axtarış aparıldı
  04 Sentyabr 2013    Oxunub:909
Çirkli pulların yuyulması haqqında cinayət işi çərçivəsində Özbəkistanın dörd vətəndaşına qarşı axtarış aparılıb.

AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə baş prokurorluğu məlumat yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Cenevrədəki iki villasından birində axtarış aparılıb.
Daha öncə Gülnarə Kərmovanın Fransadakı mülkündə axtarış aparılmışdı və buna görə Özbəkistan hökuməti Gülnarə Kərimovanı diplomatik immunitetdən məhrum etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti