"Siz istəyirsiniz ki, xidmətlər pulsuz olsun?" - Nazir

"Siz istəyirsiniz ki, xidmətlər pulsuz olsun?" - Nazir
  08 İyun 2017    Oxunub:1499
"Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib: "Dünən bütün rayonlar üzrə internetdən təhlil apardım. Elə məkanlar var ki, 10-30 manata turistləri yerləşdirirlər. Yaxud elə istirahət yerləri də var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata qəbul edir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Düşünmürəm ki, bu gün kimsə beş manata, yaxud üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.

Ə.Qarayev qeyd edib ki, turizm obyektlərində qiymətlərlə bağlı hər mövsüm müxtəlif suallar ünvanlanır:

"Mənim bir sualım var: Siz istəyirsiniz ki, xidmətlər tam pulsuz olsun?”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Əbülfəs-Qarayev   Turizm  





Xəbər lenti