Şagirdlərin nəzərinə: Buraxılış vərəqəsi verilir

Şagirdlərin nəzərinə: Buraxılış vərəqəsi verilir
  07 İyun 2017    Oxunub:3838
İyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Naxçıvan Muxtar Respublikası və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələri, hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, bu gündən buraxılış imtahanında iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb. Şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov səhifənə daxil olaraq özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı da https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov ünvanından yükləmək olar.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM  





Xəbər lenti