Mikayıl Cabbarovdan kadr dəyişikliyi

Mikayıl Cabbarovdan kadr dəyişikliyi
  03 Sentyabr 2013    Oxunub:1045
İki şöbə birləşdirilib, Gültəkin Hüseynova yeni şöbəyə müdir, İlham Mustafayev isə müdir müavini təyin olunub.
Təhsil Nazirliyində ciddi struktur və kadr dəyişikliyi edilib.
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev və elm şöbəsinin müdiri Gültəkin Hüseynova vəzifələrindən azad ediliblər.

Faktı təsdiqləyən İlham Mustafayev bildirib ki, o nazirlikdə digər vəzifəyə təyin edilib.

Onun sözlərinə görə, Təhsil Nazirliyindən elm və ali və orta ixtisas təhsili şöbəsi birləşdirilərək vahid bir böyük şöbə yaradılıb:

“Mənə isə həmin şöbənin müdir müavini vəzifəsi təklif edilib və mən də razılığımı bildirmişəm. Bundan sonra Təhsil Nazirliyində işimi yeni yaradılan şöbənin müdir müavini kimi davam etdirəcəyəm. Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova isə yeni yaradılan şöbəyə sədrlik edəcək”.(apa)




Teqlər:





Xəbər lenti