Milli Şuranın hesabına 509 manat pul köçürülüb

Milli Şuranın hesabına 509 manat pul köçürülüb
  03 Sentyabr 2013    Oxunub:1100
Milli şuranın növbəti sessiyası başlayıb.
AzVision.az xəbər verir ki, Əli kərimli deyib ki, imzatoplama kampaniyası artıq başa çatmaq üzrədir.

O təklif edib ki, bu günkü sessiyada qurumun seçki kampaniyası müzakirə olunsun:

“Başqa təklif yoxdursa, bu günkü sessiyada seçki kampaniyasının təşkili müzakirəyə çıxarılsın. Bundan sonra da seçki qərargahı və Milli Şuranın namizədi bu məsələləri ümumiləşdirsin. Sosial şəbəkələr və televiziyalarda reklamlar, ümumilikdə kampaniya pul tələb edir. Bununla bağlı da müzakirələrin keçirilməyini təklif edirəm. Biz çalışmalıyıq ki, xalqdan şəffaf yolla pul toplamaqla bu kampaniyanın təşkili üçün fond yaratmağa çalışmalıyıq. İlk olaraq elə Milli Şura üzvləri bu istiqamətdə addım atmalıdır”.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı seçki kampaniyası haqda məlumat verib. O bildirib ki, imza toplanması prosesi başa çatmaq üzrədir:

“Biz seçki hesabını imza toplanmasına başlanmazdan 3 gün əvvəl açmışıq. Mətbuatda bu barədə yazılan məlumatlar həqiqətə uyğun deyil. İmza toplaması prosesi başa çatmaq üzrədir”.

A.Hacılı deyib ki, sosial şəbəkələrdə 4 gəncin iştirakı ilə qurum yaradılıb ki, onlar seçki kampaniyasınn tərkib hissəsidir:

“Bu quruma Azad Gənclik Hərəkatının rəhbəri Ülvi Həsənli rəhbərlik edir. Bu qrup artıq fəaliyyət göstərir. Maliyyə toplanması ilə bağlı təkliflər irəli sürülüb və müəyyən miqdarda toplanıb. Bu gün günortaya qədər hesabımıza müxtəlif şəxslər tərəfindən 509 manat pul köçürülüb. Seçki şüarının müəyyənləşdirilməsi, platformanın, seçicilərə müraciətin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparılır. Bu günkü toplantıda da bu məsələlərin müzakirə olunmasını istərdik”.

Hazırda sessiya davam edir.

***

Milli Şura üzvləri çıxış edib seçki kampaniyasının aparılması ilə bağlı fikirlər səsləndiriblər. Onlar Cəmmil Həsənlinin cəmiyyətə tanıdılması istiqamətində görülməli işlər barədə təkliflərini səsləndirib.

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxşında Türkiyə səfərindən danışıb. O bildirib ki, Türkiyə səfəri çərçivəsində MHP sədri Dövlət Baxçalı ilə görüşündə Milli Şura haqda məlumat verib : “Görüş zamanı mən Milli Şuranın özü, onun mahiyyəti və namizədi haqqında söhbətlərimiz olub. Ona Cəmil Həsənlinin kimliyi barədə məlumat verdim. Ona təşəkkür edirik ki, 20 ildən sonra hamımızı bir araya gətirdi”.

Müsavat Partiyasınln başqanı İsa Qəmbər də Milli Şuranın seçki kampaniyası barədə məlumat verib, vurğulayıb ki, yaxın günlərdə imza toplama başa çatacaq: “Qısa müddətdə imzaları toplayıb qutarmaq üzrəyik. Ən əsas iş hələ qabaqdadır. Təbliğat, mitinqlər və s. Bunlar nəhəng işdir. Biz artıq təxminən 6 milyon seçiciyə sözümüzü çatdırmalıyıq. Hər bir vətəndaşımıza sözümüzü deməyi bacarmalıyıq”.

Milli Şuranın sessiyasında vahid namizəd Cəmil Həsənli də çıxış edib. O, çıxışında vurğulayıb ki, vaxt məhdud olsa da bütün prosuder mərhələləri vaxtında tamamlanıb: “Məbuatda göstərildiyi kimi mübahisə onun üstündə getmir ki, niyə mənə çox iş düşüb? Onun üstündə gedir ki, niyə mənə az iş düşüb?”

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti