MSK İqbal Ağazadənin namizədliyini qeydə aldı

MSK İqbal Ağazadənin namizədliyini qeydə aldı
  03 Sentyabr 2013    Oxunub:970
Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bu gün baş tutan iclasda həmçinin seçki bulletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları da müzakirə edilib. AzVision.az xəbər verir ki, iclasda 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

MSK sədri Məzahir Pənahov deyib ki, Zahid Oruc imza vərəqələri və ona əlavə edilmiş sənədləri bu gün MSK-ya təqdim edib.

Sabahdan etibarən bu imzaların yoxlanmasına başlanacaq.

Artıq 2500-dən artıq şəxs seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün müraciət edib.

Qeyd edək ki,indiyə qədər hələki Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

20 nəfərin isə prezidentliyə namizədliyi təsdiq edilib.

Fatimə


Teqlər:  





Xəbər lenti