Öldürülən tələbə ilə bağlı rəsmi açıqlama

Öldürülən tələbə ilə bağlı rəsmi açıqlama
  03 Sentyabr 2013    Oxunub:1162
Daxili İşlər Nazirliyi Sumqayıtda tələbənin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Sumqayıt şəhər sakini Vüsal Cəfərov qapalı kəllə-beyin xəsarəti ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01.00 radələrində Yasamal rayonu "20 Yanvar" Metro stansiyasının yaxınlığındakı kafedə V. Cəfərovun Abşeron rayon sakini Pərviz Abbasquliyev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib və o, tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:





Xəbər lenti