Erkin Qədirli: `Londona ancaq məni çağırıblar`

Erkin Qədirli: `Londona ancaq məni çağırıblar`
  03 Sentyabr 2013    Oxunub:1178
`“Çatam Houz” yalnız məni Londona dəvət edib. Amma Milli Şura orada olacaq ya olmayacaq onu bilmirəm. Mənim dəvətim haqqında saytda da elan var. Gedişimin Milli Şura ilə də heç bir əlaqəsi yoxdur.`
Bunu AzVision.az-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Siyasi Hərəkatının məclis sədri Erkin Qədirli Böyük Britaniya Kral İnstitutu tərəfindən edilən dəvəti haqqında danışarkən deyib.

`Mən də mətbuatda yazılanlardan bilirəm ki, Milli Şuranın da Londona səfəri planlaşdırılır`-deyən E.Qədirli bildirib ki, tədbirdə iştirak pulludur.

`Deyə bilmərəm ki, Milli Şuranı dəvət edəcklər, ya Milli Şura pul ödəyəcək, bu haqda məlumatım yoxdur. “Çatam Houz” –un tədbiri sentyabrın 17-də olacaq. Mənim də bildiyim odur ki, yalnız mənə dəvətnamə göndəriblər və saytlarında yerləşdiriblər. 15 dəqiqə seçki ilə bağlı çıxış edəcəm, ondan sonra suallar verilməyə başlayacaq`-deyə E.Qədirli bildirib.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti