Messencerlərlə bağlı problemin səbəbi açıqlandı

Messencerlərlə bağlı problemin səbəbi açıqlandı
  03 İyun 2017    Oxunub:18050
Vətəndaşlar "Skype", "Viber", "WhatsApp" və s. onlayn kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.
AzVision.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumat verilib.

Nazirlik bütün istifadəçilərə bildirir ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb.

Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.

Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti