Məleykə Abbaszadəyə şəxsi müraciətlər oldu

Məleykə Abbaszadəyə şəxsi müraciətlər oldu
  03 Sentyabr 2013    Oxunub:1059
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 2-də Şirvan şəhərində vətəndaşlarla görüşüb.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, vətəndaşlarla görüş TQDK-nın Şirvan şəhərində yerləşən regional bölməsinin inzibati binasında təşkil olunub və qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, problemləri araşdırılıb. Müraciətlərin çoxu bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.

Bəzi vətəndaşların Komissiyanın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülüb.

Mirvari


Teqlər:  





Xəbər lenti