Mobil telefon azərbaycanlını öldürdü

Mobil telefon azərbaycanlını öldürdü
  03 Sentyabr 2013    Oxunub:1087
Vanna otağında telefonla danışmaq istəyən gənci elektrik cərəyanı vurub.
Ötən gecə Moskvanın Yan Raynis bulvarı ərazisində vanna otağında telefonla danışmaq istəyi 23 yaşlı oğlana həyatı bahasına başa gəlib. Onu, elektrik cərəyanı vurub.

Məlum olduğu kimi, əslən azərbaycanlı olan Hüseyn adlı gənc gecə yarısından sonra vanna qəbul etmək istəyib. Vannanı su ilə doldurub və içinə girib. Həmin vaxt Hüseynin mobil telefonu şarj üçün elektrik cərəyanına qoşulu olub. O, rəfiqəsinə zəng etmək istəyib, lakin elektrik kabeli çox qısa olduğundan gənc sudan çıxmadan kabeli elektrik cərəyanından dartaraq çıxarıb. Sonra kabelin telefona birləşən ucluğunu çıxaran vaxt əli yaş olduğundan onu cərəyan vurub. Hüseynin bütün bədənindən keçən cərəyan o qədər güclü olub ki, o dərhal huşunu itirib və suyun dibinə batıb.

Qeyd edək ki, sözügedən mənzildə o, valideynləri ilə birgə kirayə qalırmış. Valdieynləri onun vanna otağından çıxmadığını görüb qapını sındırıblar. Artıq gec olduğundan hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun baş və şəhadət barmaqlarının ucunda cərəyan izləri müəyyən edilib.

Həkimlərin sözlərinə görə, zərərçəkmiş suda olmasaydı əlləri yaş olsa belə insidentin fəsadları bu qədər ağır olmazdı. Onu cərayan vursa da ölməzdi.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti