Eldəniz Quliyev Cəmil Həsənlinin London səfərindən danışdı

Eldəniz Quliyev Cəmil Həsənlinin London səfərindən danışdı
  03 Sentyabr 2013    Oxunub:1387
`Cəmil Həsənli Milli Şuranın digər üzvləri ilə birgə Londona gedəcək`.

Bunu Azvision.az-a açıqlamasında Milli Şura üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi məlum deyil:`Milli Şura üzvləri yaxın zamanda Londona səfər edəcək, o cümlədən Cəmil Həsənli də onlarla bərabər olacaq`- deyə Milli Şura üzvi qeyd edib.

Qeyd edək ki, səfərin bu ay baş tutacağı gözlənilir. Londona səfər edəcək Milli Şura üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, El hərəkatının sədri Eldar Namazov viza almaq üçün avqustun 30-da səfirliyə müraciət ediblər.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti