Dörd qardaş dalaşdı, biri öldü

Dörd qardaş dalaşdı, biri öldü
  03 Sentyabr 2013    Oxunub:936
Goranboyda 1 nəfər qəsdən həyatdan məhrum edilib, 3 nəfərə xəsarət yetirilib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 1969-cu il təvəllüdlü rayon sakini Nağıyev Səxavət Murad oğlu kəsilmiş- deşilmiş yara diaqnozu ilə Goranboy rayon mərkəzi xəstəxanasına daxil olub və orada ölüb.

1996-cı il təvəllüdlü Nağıyev İxtiyar Murad oğlu, 1976-cı il təvəllüdlü Nağıyev Mürvət Murad oğlu, 1986-cı il təvəllüdlü Nağıyev Şükür Murad oğlu isə kəsilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mirvari



Teqlər:





Xəbər lenti