MDB-dən olan müşahidəçilər Elmar Vəliyevlə görüşüblər

MDB-dən olan müşahidəçilər Elmar Vəliyevlə görüşüblər
  03 Sentyabr 2013    Oxunub:1017
Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlamentlərarası Assambleyanın ekspert qrupunun üzvləri Gəncədə iki günlük işgüzar səfərdədirlər.
Bu barədə AzVision.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən mləumat veriblər. Bildiriblər ki, ilk gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qrupun üzvlərini qəbul edib və dəyirmi masa arxasında görüş keçirilib. Görüşdə qonaqları salamlayan icra başçısı son illər ölkə başçısının apardığı siyasət nəticəsində qazanılan uğurlardan danışmış, eləcə də Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat verib. Respublikamızın hər yerində olduğu kimi Gəncədə də prezident seçkilərinə ciddi hazırlıq işləri getdiyini diqqətə çatdıran Elmar Vəliyev seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün işlərin görüləcəyini qeyd edib.

MDB PAA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da nümayəndəsi Aydın Cəfərov, MDB PAA Beynəlxalq Monitorinq İnstitutunun direktor müavini Andrey Baranov çıxış edərək Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə Azərbaycan Respublikası prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirmək üçün respublikaya gələn MDB PAA-nın ekspert qrupunun qarşısında duran vəzifələrdən danışmış və qeyd ediblər ki, MDB PAA sədrinin tapşırığına əsasən seçkilərə kimi ekspert qrupunun üzvləri regionlarda olacaq, seçkilərə hazırlığın vəziyyəti və onun Azərbaycanın Seçki Qanunlarına uyğun keçirilməsi vəziyyəti barədə müşahidə aparacaqdır. Bu müddət ərzində dairə seçki komissiyalarında qanunun aliliyinin təminatı, seçki məntəqələrində hazırlığın vəziyyəti, həmçinin seçkilərin demokratik keçirilməsində inzibati orqanların fəaliyyəti, Konstitusiyanın tələblərinə əməl edilməsi, müxalifət partiyalarının seçkilərdə fəallığına yaradılan şəraitlə bağlı ətraflı məlumat toplanacaq.

Səfərinin ikinci günü MDB PAA-nın monitorinq qrupunun üzvləri Gəncə şəhərindəki seçki komissiyalarında, habelə bir sıra məntəqələrdə seçkiyə hazırlığın gedişi ilə tanış olublar. Ekspertlər, həmçinin YAP Gəncə Şəhər Təşkilatında da olublar. YAP Şəhər Təşkilatının sədri Naqif Həmzəyev nümayəndə heyətinə təşkilat haqqında geniş məlumat vermiş, seçkilərə hazırlıqla bağlı sualları cavablandırıb. Qrupun üzvləri YAP şəhər Təşkilatında görülən işlərlə bağlı razılıqlarını bildirmişlər. Ekspertlər Ümid partiyasının qərargahında da olmuş, partiya fəalları ilə söhbətlər aparıblar.


Teqlər:





Xəbər lenti