“Jurnalist-QHT Koalisiyası” seçicilərlə görüşüb

  02 Sentyabr 2013    Oxunub : 593
“Jurnalist-QHT Koalisiyası” seçicilərlə görüşüb
“Jurnalist-QHT Koalisiyası” Şəmkir və Tovuzda seçicilərə görüşüb
Jurnalistlər seçiciləri fəal olmağa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsinə öz töhfələrini verməyə çağırıblar

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində 28 və 29 avqustda ŞəmkirTovuz rayonlarında seçicilərlə görüş keçirib.
Görüşlərdə layihənin rəhbəri Seymur Verdizadə, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri, layihənin koordinatoru Xaqani Səfəroğlu, layihə rəhbərinin köməkçisi Zaur İbrahimli, “Şəmkir Regional QHT-lərin Resurs və Təlim” İB-nin sədri Fuad Bədəlov iştirak edib. Tədbirdə 300-dən çox seçici iştirak edib.
Seymur Verdizadə seçkiləridə vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün hər hansı problemin olmadığını bildirərək onların siyasi iradələrini azad şəkildə ifadə etmələri üçün yüksək şərait yaradıldığını vurğulayıb. Layihə rəhbəri bildirib ki, “9 oktyabrda Azərbaycan Respublikası Prezidenti seçkilərinin mütəşəkkil keçirilməsi hər bir vətəndaşın siyasi iradəsinin fəal şəkildə ifadəsindən, çox asılıdır”.
Layihə koordinatoru X.Səfəroğlu isə “Seçki hüququ və vətəndaşların seçki prosesində iştirakı” mövzusunda məruzə edib. O, azad və ədalətli seçkilərdə iştirak hüququnun vətəndaşların fundamental hüquqlarından biri olduğunu bildirərək, seçki prosesinin ümumi, bərabər, ədalətli, gizli, azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün tələb olunan şərtlər və standartlar barədə ətraflı məlumat verib. Həmçinin, səsvermənin qaydaları, seçici siyahıları, prezident seçkilərinin nəticələrinin elan olunması ilə də bağlı qanunvericiliyin müddəalarına dair fikirlərini toplantı iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, “Zərdabi Mətbuat Mərkəzi” İB, “Yeni Media Jurnalistləri” İB, “Media və Monitorinq Araşdırması” İB, “Əqli Mülkiyyətçilərə Kömək” İB, “Cəmiyyətin inkişafında vətəndaş məsuliyyəti” İB-ni birləşdirən “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist QHT Koalisiyası “2013-cü il prezident seçkilərinin monitoriniq” layihəsi çərçivəsində namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, onların qeydiyyatı prosesi, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında gündəlik nəşrlər və internet mediada seçkilərin işıqlandırılmasının monitorinqini aparacaq. Koalisiya eyni zamanda 9 oktyabrda 150 seçki məntəqəsində müşahidə prosesini həyata keçirəcək.

Teqlər: