İkinci imtahana qeydiyyat müddəti uzadıldı

İkinci imtahana qeydiyyat müddəti uzadıldı
  23 May 2017    Oxunub:1061
Yayda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu 24 may saat 11:00-a kimi davam edəcək.

Bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulunun müddətinin uzadılmasına çoxsaylı müraciətlər səbəb olub.

Qeyd edək ki, prosedura əsasən, qeydiyyat prosesi 21 may saat 23:59-da başa çatıb.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti