`Əli Kərimli partiyadakı gəncləri pulla saxlayır`

`Əli Kərimli  partiyadakı gəncləri pulla saxlayır`
  02 Sentyabr 2013    Oxunub:1285
Sən həmin Əli Kərimli deyilsən, qorxaq?!
`Milli Şura bir nəfərin- Əli Kərimlinin əlindədir`.

Bunu publika.az-a müsahibəsində bayraqdar Elman Türkoğlu deyib.

`Avqustun 19-da isə ehtiyat namizəd məsələsi gündəmə gəldi. Halbuki avqustun 12-də KXCP-nin qərargahında keçirilən sessiyada Cəmil Həsənliyə vahid namizəd olmağı təklif edəndə, bildirdi ki, o bu yükün altına girə bilməz. Bəs nə oldu, 10 gün sonra hər şey dəyişdi. Çünki Rüstəm İbrahimbəyov əvvəlcə demişdi ki, onu qeydiyyata almasalar, Milli Şurada vahid namizəd kimi Mirmahmud Mirəlioğlunu, Lalə Şövkəti və İsa Qəmbəri görür. Orda Əli Kərimlinin adını çəkməmişdi. Həmin vaxt Əli Kərimlinin adamları sosial şəbəkələrdə Rüstəmi təhqir etməyə başladılar. Əli Kərimli öz işini gördü və istədiyini elədi. Bu gün Milli Şuranın 75 faizi Əli Kərimlinin əlindədir. Əli Kərimli İctimai Palatada oynadığı oyunları Mili Şurada oynayır. Küçədən keçənləri gətirib Milli Şuraya üzv eləyir. Misal üçün, mən bayraqdar kimi tanınıram, amma Milli Şuranın üzvü deyil. Çünki biclik etdilər ki, şuraya üzv olmaq istəyənlər 43 imza toplamalıdırlar. Əli Kəriminin adamları təcili imzaları toplayaraq Milli Şuranı ələ keçirdilər. Cəbhə çirkin siyasi oyunlar oynayır.

Necə oldu ki, mitinqdən sonra keçən 2-3 gün ərzində hər şey dəyişdi, Cəmil Həsənli vahid namizəd oldu? Bunlar hamısı oyunlardır. Bir az keçsin, bütün bunları açıqlayacam”- deyə E.Türkoğlu bildirib.

E.Türkoğlu Əli Kərimlinin facebook-da onun ünvanına yazdığı “Elman Türkoğlu kimdir? Nəçidir? Haralıdır? Ümumiyyətlə niyə var? Bunları bilən var əziz xanımlar və bəylər?” statusunu sərt cavab verib: “Mən soruşuram: Əli Kərimli sən kimsən, sən indiyə qədər nə iş görmüsən, sən 20 Yanvar hadisəsi baş verəndə harada idin, mən Qarabağ döyüşlərində olanda sən harada itmişdin? Mən erməni mafiyası ilə mübarizə aparmaq üçün ilk Azərbaycan lobbisini yaradanda sən həyətdə ayaqyalın gəzirdin. Mən bayraqdaram, sənin kimi adamları yola salmışam. 15 mayda qaçıb gizləndin. 1992-ci ildə Ayaz Mütəllibov ordu ilə gələndə Bulvarda, “Azneft”ə gedən yolun üstündə ağaclıqda gizləndin. Sonra da Şəhidlər Xiyabanında yerləşən Türk məscidinin arxasındakı ağaclıqda gizləndin. Sən həmin Əli Kərimli deyilsən, qorxaq?!Londonda 23 milyonluq villa kimindir, Bilgəhdə 3,5 milyonluq villa, Qubadakı villa kimindir? Camaatın oğlu meydanlara çıxır, onu oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Mənim oğlum orta məktəbi qurtardı, ərizə yazıb əsgərliyə 6 ay tez getdi.

Mən erməni qatiliyəm, sən kimsən. Yenə deyirəm ki, mən Türkmənistandan, Qazaxıstandan, Başqırdırstandan, Özbəkistandan cəbhələr keçmişəm. 1981-ci ildə erməni mafiyasına qarşı mübarizə aparmışam. Sən neynəmisən? Əsgərlikdə pis işləri görmüsən də.

Onu da qeyd edim ki, bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də pulla gəncləri saxlayır ki, mitinqlərdə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə hardandır?” (publika)


Teqlər:  





Xəbər lenti