Məşhur Hollivud aktyoru vəfat edib

Məşhur Hollivud aktyoru vəfat edib
  15 May 2017    Oxunub:2534
Məşhur aktyor Pauers But vəfat edib.
AzVision.az “RİA-Novosti”-yə istinadən xəbər verir ki, 68 yaşlı P. But bu gecə Los-Ancelesdəki evində ölüb.

Xatırladaq ki, But “Qayana faciəsi: Cim Consun hekayəsi” filmində oynadığı roluna görə mini serial və filmdə ən yaxşı kişi rolu nominasiyası üzrə “Emmi” mükafatına layiq görülüb. O, məşhur “Günahlar şəhəri” və “Günahlar şəhəri 2” filmlərində senator Rorkun obrazını canlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Hollivud   Aktyor   ABŞ  





Xəbər lenti