Masallı “ASAN Həyat”da Ulu Öndər anılıb - Fotolar

Masallı “ASAN Həyat”da Ulu Öndər anılıb - Fotolar
  11 May 2017    Oxunub:1434
“ASAN xidmət”, Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı və “ASAN Radio”nun təşəbbüsü ilə Masallı “ASAN Həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələr təqdim etmiş şəxslərə partiya biletləri təqdim olunub, güllər əkilib, həmçinin bir sıra şagirdlərə fəxri diplomlar verilib.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, “ASAN Radio” Azərbaycanın cənub bölgəsində 92.7 FM dalğasında artıq yayıma başlayıb. Belə ki, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında, həmçinin Şirvan şəhərində “ASAN Radio”nu 92.7 FM dalğasında dinləmək mümkündür.

AzVision.az

Qalereya




Teqlər: ASAN-Masallı   ASAN-Xidmət  





Xəbər lenti